RU
Türkiyə ilə Səudiyyə Ərəbistanı 5 sahədə müqavilə imzaladı
13:04
62

Türkiyə ilə Səudiyyə Ərəbistanı 5 sahədə müqavilə imzaladı


Türkiyə prezidenti Ərdoğanın Körfəz səfərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanı ilə birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində 5 müqavilə imzalanıb. 

7NEWS.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyəti ilə birlikdə apardığı Körfəz turu dünən Səudiyyə Ərəbistanına səfərlə başlayıb. Ərdoğan və vəliəhd şahzadə Məhəmməd ibnSalmanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşündən sonra müqavilələr imzalanıb. 

Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində saziş imzalanıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ