Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın şimalındakı İŞİD hədəflərini bombalayıb.
7News.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, "Fərat qalxanı” əməliyyatları çərçivəsində Türkiyə qırıcıları Suriyanın Əl-Bab şəhərindəki İŞİD mövqelərini bombardıman edib. Nəticədə 18 terrorçunun məhv edildiyi bildirilib.
Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı bu ilin avqustun 24-dən başlayıb.








