Türkiyə artilleriyası "İslam dövləti” terror qruplaşmasının Türkiyənin cənubi-şərqində yerləşən Kilis şəhərinin atəşə tutulduğu mövqelərini cavab atəşinə tutub.
7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Baş Qərargahı məlumat verib.
"Bu gün saat 14:40-da (Bakı vaxtl ilə saat 15:40-da) Kilis şəhərinə Suriyanın İŞİD-in nəzarət etdiyi ərazisindən raket buraxılıb. Atəşin açıldığı ərazi radarlar vasitəsilə müəyyən edilib, daha sonra Türkiyə SQ "Fırtına” haubitsalarından və yaylım atəş sistemlərindən atəş açıblar”, - nazirliyin RİA Novosti-yə verdiyi bəyanatında deyilir.
Daha öncə Kilis hakimiyyəti bildirmişdi ki, Suriya ərazisindən buraxılan mərmi yerli bazara düşüb, hadisə zamanı beş uşaq daxil olmaqla, altı Suriya qaçqını yaralanıb.
7news.Az








