Sosial şəbəkələrdə Türkiyənin Suriyada itirdiyi hərbi texnika haqqında məlumatların olduğu cədvəl çıxıb.
Göstərilən məlumatlara əsasən, Türkiyə ordusu Əl Bab şəhərinə hücumun gedişatında ən azı 10 "Leopard 2A4” tankını itirib.
Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Əl Bab əməliyyatında iştirak edən qüvvəni "Leopard 2A4” tanklarının olduğu tank batalyonu ilə gücləndirdi. Tank batalyonu İstanbul, boğazlar və ölkənin Avropa hissəsini müdafiə edən Birinci Ordu Korpusuna daxildir.








