RU
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb
13:10
21

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.
Bu barədə "Anadolu” məlumat yayıb.

Əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan Liman Suvyeş öldürülüb.

Məlumata görə, o, qruplaşma daxilində təşkilatı işlərlə məşğul olub.

Bildirilib ki, Türkiyə kəşfiyyatı uzun müddətdir L.Suvyeşi izləyirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ