RU
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, terrorçu məhv edilib
13:30
190

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, terrorçu məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni antiterror əməliyyatı keçirib.

7News.Az "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Əməliyyat nəticəsində terrorçu qruplaşma olan Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) rəhbərlərindən biri olan Osman Nuri Ocaklı məhv edilib.

Məlumata görə, o, qruplaşmanın "Suriya üzrə məsul şəxsi vəzifəsini” icra edib və axtarışda olub.

Xatırladaq ki, MLKP 1994-cü il sentyabrın 10-da yaradılıb. Türkiyə MLKP-ni terror təşkilatı elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ