Tarixində ilk dəfə qatıldığı Avropa Liqasında qrupdan çıxmağı bacaran və son illərdə Türkiyənin ən diqqətçəkən klubları arasında göstərilən "Osmanlıspor” daha bir yeniliyə əl atıb.
7News.az xəbər verir ki, paytaxt klubu loqosunu yeniləməyə qərar verib. Əvvəlki loqonun üzərində ciddi dəyişiklik etməyən klub yeni loqoda əsasən yaranma tarixini ön plana çıxarıb.
Avropa Liqasında qrupdan çıxan "Osmanlıspor”un pley-offda rəqibi Yunanıstanın "Olimpiakos” klubu olacaq.









