RU
Türkiyə kubokunu
09:54
1351

Türkiyə kubokunu "Qalatasaray" qazandı

Dünən Türkiyə kubokunun final oyunu keçirilib.

7News.az-ın məlumatına görə, həlledici görüşdə "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib.

Türkiyə superliqasında çempionluğu əldən verən "Fənərbaxça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışacaqdı. "Qalatasaray" da qələbə qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi. Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqəsində vurduğu qol "Qalatasaray" Türkiyə kubokuna sahib çıxıb. 

Qeyd edək ki, bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ