Ötən gün “Avro-2016” çərçivəsində Türkiyə ilə qarşılaşan Xorvatiya millisinin kapitanı Dario Srnanın atası vəfat edib.
7News.Az “Gol.hr”-a istinadən xəbər verir ki, atasının ölümü barədə futbolçu oyundan sonra xəbər tutub.
Məlumata görə, Uzeyir Srna ağır xəstəlikdən əziyyət çəkirmiş. Kapitanın iyunun 17-də Çexiya ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.
Qeyd edək ki, ötən gün Xorvatiya millisi Türkiyə yığması ilə qarşılaşıb və rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu Luka Modriç vurub.
7News.Az








