RU
Türkiyə millət məclisində biabırçılıq - deputatın ayağını dişlədilər FOTO
17:08
363

Türkiyə millət məclisində biabırçılıq - deputatın ayağını dişlədilər FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) gecənin növbəti gərginliyi yaşanıb.
 
7News.az xəbər verir ki, hadisə konstitusiya təklifinin 5-ci maddəsinin müzakirələri vaxtı baş verib.
 
Müzakirə vaxtı çıxış üçün söz istəyən müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) Manisa millət vəkili Özgür Özel danışdığı kürsüyə digər partiyadaşlarını da çağırıb. Bundan sonra müxalifətçi partiyanın üzvləri TBMM kürsüsünü işğal etdiklərini elan ediblər.
 
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri CHP-li həmkarlarını kürsüdən uzaqlaşdırmağa cəhd edərkən tərəflər arasında dava başlayıb. Bu vaxt parlamentin kürsüsünə də ziyan dəyib və kürsüdə sınmalar meydana gəlib.
 
 
Jurnalist Fadimə Özkan sosial şəbəkədəki şəxsi səhifəsində AKP Trabzon millət vəkili Muhamməd Baltanın ayağının CHP-li bir millət vəkili tərəfindən dişləndiyini yazıb. Dişlənmiş ayağın fotosunu da paylaşan jurnalist, hazırda kim olduğu məlum olmasa da diş izindən və tüpürcəkdən hadisəni törədənin tapılaraq tələf edilməli olduğunu yazıb. 
 
 
Baş vermiş gərginlik səbəbindən parlamentin iclasında 5 dəqiqəlik fasilə elan edilib.
 
Hazırda TBMM-də gərgin havanın davam etdiyi bildirilir.//turaninfo
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ