RU
Türkiyə MN-dən terror əməliyyatları ilə bağlı yeni AÇIQLAMA
16:20
61

Türkiyə MN-dən terror əməliyyatları ilə bağlı yeni AÇIQLAMA

Yanvarın 1-dən bu günə kimi həyata keçirilən terror əməliyyatlarında İraqın şimalında 186, Suriyanın şimalında isə 266 nəfər olmaqla məhv edilən terrorçuların sayı 452-yə yüksəlib.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında açıqlayıb.
 
Konfransda verilən açıqlamada deyilib:
 
"Həyata keçirilən terrorla mübarizə əməliyyatlarında:

- Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib.

- Beləliklə, yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 452-yə çatıb ki, onlardan 186-sı İraqın şimalında, 266-sı isə Suriyanın şimalındadır.

- Suriyanın şimalında həyata keçirdiyimiz "Bahar Qalxanı" əməliyyatının 5-ci ildönümündə (27 fevral 2020-ci il) əbədiyyətə qovuşmuş bütün əziz şəhidlərimizi və qəhrəman qazilərimizi bir daha rəhmətlə yad edirik. Qazilərimizə, şəhid və veteranlarımızın dəyərli ailələrinə hörmət və minnətdarlığımızı bildiririk".
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ