Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolu barədə danışıb.
O, Türkiyə tərəfinin Dağlıq Qarabağ düyününün açılmasında pozitiv rol oynaya biləcəyində ümidli olduğunu bildirib. Rus diplomat hesab edir ki, Ankara Qarabağ münaqişəsinin həllində müsbət rol oynamaqla, həm də regionda qarşılıqlı olaraq normal iqtisadi, nəqliyyat və infrastrukturun təmin olunmasını təmin edə bilər.
"Biz bu nüansı həmişə nəzərə almışıq” deyən Lavrov, Ermənistanla Türkiyə arasında münasibətlərin də normallaşacağına ümid etdiyini dilə gətirib.
7News.az








