RU
Türkiyə NATO gəmilərini daxili sularına buraxmadı
22:55
883

Türkiyə NATO gəmilərini daxili sularına buraxmadı

Türkiyə NATO gəmilərini Egey dənizi ərazisinə buraxmaqdan imtina edib.

NATO qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün öz gəmilərini Türkiyəyə, ordan Almaniyaya və digər Avropa ölkələrinə göndərir. Bu barədə “Agence France-Presse” məlumat yayıb.

İnformasiyanı agentliyə Brüsseldə bir neçə diplomatik mənbədən təsdiq ediblər.

Mənbələrdən birinin sözlərinə görə, Ankaranın Şimali Atlantika Müqaviləsi Təşkilatının missiyasına mövqeyi lap əvvəldən məlum olub: “Türkiyə təkid edir ki, NATO-nun 4 gəmidən ibarət dəniz qruplaşmasına rəhbərlik edən alman kontr-admiral Yorq Klyayn Ankarada onlarla birliyin hərəkət fəaliyyətini təyin etsin. Türkiyə həm də təhlükədə olan miqrantların NATO gəmiləri tərəfindən xilas olunmasında o qədər də maraqlı deyil (Bu ölkə ərazisində 2,5 milyondan çox suriyalı qaçqın var)”./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ