RU
“Türkiyə nüvə dövlətinə çevrilməlidir”
01:24
758

“Türkiyə nüvə dövlətinə çevrilməlidir”

Türkiyə Rusiyaya məxsus təyyarəni vurmasından sonra yaranmış gərgin situasiya Azərbaycanda da diqqətlə izlənilir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da məsələyə birmənalı yanaşılmır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, Türkiyənin bu addımı həm də birbaşa Qərbin, Amerikanın maraqlarına cavab verir: “Qərb və Avropa Rusiyaya sanksiyalar tətbiq edəndəTürkiyə bu prosesə qoşulmadı. Rusiya ilə bütün əlqaqələrini daha yüksək səviyyədə davam etdirdi. Türkiyənin bu addımı ABŞ-ı narahat etmiyə bilməzdi. Məncə, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Bu gün Rusiya ilə münasibətlərin korlanması, Türkiyənin maraqlarına cavab verirmi? Qərbin bundan sonra Türkiyəyə verəcəyi dəstək hansı formada ola bilər? Bütün bunların yazın zamanlarda baş verəcək hadisələrdə bəlli olacaq. Ortada Ukrayana nümunəsi də var.” Azərbaycanın bu məsələdə tutduğu mövqeyin doğru olduğunu bildirən sədr müavini bildirib ki, Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalı idi və neçə ki, düzgün qərar verildi: ”Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. QardaşTürkiyə çox yaxşı anlayır və bilir ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfırıa bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və baxmayaraq ki, Ermənistanın arxasında Rusiya dayanmışdı, Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də mən düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoyacaq. Türkiyənin NATO-nun icazəsi olmadan Azərbaycana hansısa ciddi dəstək verəcəyi az inandırıcıdır”. Niyaməddin Orduxanlının sözlərinə görə, Türkiyənin daha güclü olmasının yeganə çıxış yolu atom dövlətinə çevrilməsindədir: ”Dəfələrlə BAXCP lideri Qüdrət Həsənquliyev də bu yönümdə çıxışlar edib. Bu gün Türkiyə nüvə dövləti olsa idi, nə Rusiya, nə də ABŞ-ı Türkiyə ilə bu formada danışa bilməzdi. Bu həm də Türkiyənin təhlükəsizliyinə təminatı deməkdir. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə NATO-ya, nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir. Bu gələcəkdə Türkiyə təhdid olunmasının qarşısının alnmasına da xidmət etmiş olar.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ