Bu gün günorta saatlarından etibarən Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın bir neçə bölgəsini bombardman etməyə başlayıb.
7news.Az anspress-ə istinadən bildirir ki, Suriyanın Bab bölgəsindən İŞİD terrorçu qruplaşması tərəfindənTürkiyə ərazisi atəşə tutulub. Buna qarşılıq olaraq, Türkiyə Ordusu "Fırtına" topları və tanklarla İŞİD terrorçularının olduğu bölgəni atəşə tutub.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qanadı olan PYD terrorçularının olduğu sərhədə yaxın bölgələri hələ də bombalayır.
Türkiyə mətbuatının yazdığına görə, Türkiyə ordusunun Suriya ərazisini bombalaması nəticəsində 150-yə yaxın terrorçu öldürülüb. Onların ölümü TSQ-ya məxsus pilotsuz uçan aparatlar vasitəsilə çəkilib.

Son məlumatlara görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu və milli müdafiə naziri İsmət Yılmaz Suriya ərazisinin bombardman edilməsi barədə açıqlama verib.
Əhməd Davudoğlu bəyan edib ki, YPG və PYD terror təşkilatları kürdlərin və Suriyanın təmsilçisi deyil, Rusiyanın legioner, muzdlu əsgərləridir.
"Müdafiə tədbiri olaraq topçularımız Suriyanın Azez qəsəbəsindəki PYD və YPG terrorçularını bombaladıqdan sonra yerli əhali bizə təşkkür etdi. İndi bizə mane olmağa çalışırlar, amma biz bunlara qarşı əlimizdən nə gəlirsə edəcəyik. Son hücumların Türkiyəni hədəf aldığı, Türkiyəni təhdid etdiyi açıq şəkildə ortadadır", - Davuoğlu bildirib.
.jpg)
İsmət Yılmaz isə bəyan edib ki, Rusiya tərəfinin və Suriya rejiminin ölkədəki insan faciəsini ölkəmizi və Avropanı çətin vəziyyətə salmaq üçün bir silah olaraq istifadə edir.
"Rusiya Suriyada hərbi əməliyyatları ötən ilin 30 sentyabrından başladığı gündən indiyə qədər 7200 hava hücumu həyata keçirib. Rusiyanın hücumlarının 88%-i müxalifləri və sivilləri hədəf alıb, hücumların yerdə qalan 12%-i isə DAEŞ-ə qarşı olub. DAEŞ-ə qarşı edilən hücumların uğurlu nəticəsi də görünmür. Əksinə DAEŞ-in işini asanlaşdırır, əlavə sahə açır", - milli müdafiə naziri bildirib.
.jpg)
Türkiyə ordusu Suriya ərazisində PKK terror təşkilatının qanadı olan PYD və YPG terrorçularını fevralın 13-dən bombardman edir.
7news.Az








