Türkiyə ordusu daha 10 terrorçunu məhv edib.
7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
PKK/YPG silahlıları "Barış Pinarı", "Fərat Qalxanı” və "Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların Türkiyə ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.
7NEWS.Az







