Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında baş verən atışma və partayışlarda 11 terrorçu məhv edilib.
Olaylar zamanı 13 əsgər də yaralanıb.
Yaralı əsgərlər dərhal Diyarbəkir Hərbi Xəstəxanasına aparılıb.
Atışmalar isə hələ də davam edir.
Qeyd edək ki, PKK-ya qarşı aparılan əməliyyatlar səbəbindən dekabrın 2-dən etibarən Diyarbəkirin Sur mahalında komendant saatı elan edilib.
7news.az








