Türkiyə ordusu geri çəkilməyənə qədər İraqın Müdafiə naziri Xalid Übeydi Ankaraya getməyəcək
Bu sözləri İraq Müdafiə Nazirliyinin sözçüsü Nasir Nuri deyib.
“Türkiyənin müdafiə naziri bazar günü İraqın müdafiə naziri ilə telefon əlaqəsi yaratdı. Onu Ankaraya yenidən dəvət etdi. Lakin Übeydi problem həll olunmayana qədər Ankaraya səfər etməyəcəyini bildirdi. Türkiyə öz ordusunu təcili sürətdə geri çəkməlidir”, - deyə Nuri əlavə edib./axar
7news.az








