RU
Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb
14:50
36

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb.

Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ