RU
Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri
12:50
19

Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri "rəhbər" şəxsdir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb.

Onlardan birinin – "Sevkan Çele” kod adlı Yusuf Kalkanın "rəhbər" şəxs olduğu, "Silahlı terror təşkilatına üzv olmaq” və "Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə axtarıldığı vurğulanıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ