RU
Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb
16:20
67

Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın və İraqın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Suriyanın şimalındakı Fırat Qalxanı bölgəsində PKK/YPG terror təşkilatının 11 üzvü öldürülüb.

Həmçinin, İraqın şimalındakı Qara bölgəsində 2 PKK terrorçusu öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ