Türkiyə ordusu Suriya kürdləri ilə atəşkəs barədə razılığa gəlməyib.
7news.Az-ın məlumatına görə, bu barədə Reuters-ə avqustun 30-da axşam Suriya üsyançılarının dairəsindən olan mənbə məlumat verib.
Onun sözlərinə görə, hazırda tərəflər hərbi əməliyyatlara, sadəcə olaraq, fasilə veriblər.
Xatırladaq ki, bir az əvvəl ABŞ Ankara və Suriya kürdlərinin hərbi qüvvələri arasında barışıq sazişi bağlanması barədə məlumat yaymışdı.
-------
7news.Az-ın xəbərinə görə, bu barədə "Frans-Press” agentliyinə Pentaqonun sözçüsü məlumat verib.
"Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat alməşıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun”, - deyə ABŞ hərbi nümayəndəsi bildirib.
Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.
7news.Az








