Türkiyənin Diyarbəkir şəhərinin Sur rayonunda daha 2 əsgər şəhid olub.
7news.az xəbər verir ki, PKK terrorçularının evlərə yerləşdirdikləri bombanın partlaması nəticəsində Türkiyə ordusunun 2 əsgəri ağır yaralanıb.
Yaralanan əsgərlər xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Bununla Türkiyə 2 gün ərzində 3 şəhid vermiş olub.
7news.az








