RU
Türkiyə parçalana bilər, əgər... – Dövlət Baxçalıdan ŞOK XƏBƏRDARLIQ
18:40
604

Türkiyə parçalana bilər, əgər... – Dövlət Baxçalıdan ŞOK XƏBƏRDARLIQ

"Fərat qalxanı” əməliyyatı zəfərlə tamamlanmalıdır. Əl Babdan əlimiz boş qayıtsaq, Diyarbəkiri, Ankaranı təhlükəyə atarıq. Əl Bab zəbanilərin başına yıxılmalı və hamısının kökü kəsilməlidir”.

Bu barədə MHP lideri Dövlət Baxçalı deyib.

D.Baxçalı qeyd edib ki, bir tərəfdən PKK, digər tərəfdən İŞİD Türkiyəyə qəsd etmək yarışına girişiblər: "Dost görünən ölkələr şəkər dağıdanlar kimi silah dağıdırlar. Türkiyə qan itirməkdədir. Rusiya səfirinə sui-qəsd edən terrorçu Türkiyənin etimadını məhv etmək əmri alıbdır. Türk milləti vətənini namusu olaraq görür və hamılıqla şəhidliyə hazırıq. "Fərat qalxanı” zəfərlə tamamlanmalıdır. Kimsənin torpağında gözümüz yoxdur, amma bu torpaqlardakı terrorçular ölkəmizi təhdid edir”.

MHB sədri əlavə edib ki, Türkiyəni Suriya və İraqa çevirmək istəyirlər.

"15 iyulda vətənimizi itirmək həddinə çatdıq. Elan edilməmiş bir Sevr yaşanacaqdı. Millətimiz parça-parça olacaqdı. Ölkəmizi Suriyaya, İraqa çevirmək istəyirlər. Məsələ rejim deyildir. Ölkənin hansı sistemdə, necə idarə olunacağına türk milləti qərar verməlidir. CHP bunun nəyindən qorxur?”, - deyə o bildirib./publika
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ