RU
Türkiyə parlamentində HƏYƏCAN
17:26
1162

Türkiyə parlamentində HƏYƏCAN

Bu dəqiqələrdə  təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin giriş qapıları bağlanılıb. 
 
7News.az bildirir ki, baş nazir Binali Yıldırım AKP-nin qrup toplantısında  danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.
  
Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir.
 
Bu qrupun parlamentdəki  HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir./avropa.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ