RU
Türkiyə prezidenti ilə BMT-nin baş katibi Kipr və Suriya problemlərini müzakirə ediblər
20:34
309

Türkiyə prezidenti ilə BMT-nin baş katibi Kipr və Suriya problemlərini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quttereş arasında telefon danışığı olub.
Bu barədə "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, tərəflər Kipr və Suriya problemlərini müzakirə ediblər. Türkiyənin dövlət başçısı qeyd edib ki, rəsmi Ankara Kiprin hər iki icmasının maraqlarını nəzərə alaraq ədalətli və uzunmüddətli, genişmiqyaslı nizamasalmanı dəstəkləyir.
Ərdoğan və Quterreş yaxın günlərdə Cenevrədə nəzərdə tutulmuş Kipr üzrə danışıqları "əhəmiyyətli imkan" adlandırıblar. Tərəflər həmçinin Suriyada baş verən hadisələrin inkişafı barədə də müzakirə aparıblar.
BMT-ın baş katibi Suriya münaqişəsinin nizama salınmasına və qaçqınlara dəstəyinə görə Türkiyənin mövqeyini yüksək qiymətləndirib./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ