Dünən dünyanın yaşıl meydanlarında bir sıra beynəlxalq yoldaşlıq görüşləri keçirilib.
7News.az-ın məlumatına görə, Türkiyə millisi doğma meydanında İsveçi qəbul edib.
Oyun Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya yığması İspaniya ilə 1:1 bərabərə qalıb. Ukrayna isə evdə Kipri 1:0 hesabı ilə məğlub edib.
"DÇ-2018"in seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç səfərdə Estoniya ilə 0:0, Şimali İrlandiya isə Uelslə 1:1 heç-heçə oynayıb. Çexiya isə evdə Şotlandiyaya 0:1 hesabı ilə uduzub.
24 mart
Beynəlxalq yoldaşlıq oyunları
18:00. Malta - Moldova - 0:0
21:00. Estoniya - Norveç - 0:0
22:00. Yunanıstan - Monteneqro - 2:1
Qollar: Tzavellas, 54 (1:0), Tomaşeviç, 56 (1:1), Karelis, 63 (2:1)
22:45. Türkiyə - İsveç - 2:1
Qollar: Tosun, 32 (1:0), Qranqvist, 74 (1:1), Tosun, 81 (2:1)
23:00. Danimarka - İslandiya - 2:1
Qollar: Yorgensen, 50 (1:0), 54 (2:0), Traustason, 90 (2:1)
23:00. Ukrayna - Kipr - 1:0
Qol: Stepanenko, 40 (1:0)
23:45. Çexiya - Şotlandiya - 0:1
Qol: Anya, 10 (0:1)
23:45. İtaliya - İspaniya - 1:1
Qollar: İnsinye, 68 (1:0), Aduriz, 70 (1:1)
23:45. Uels - Şimali İrlandiya - 1:1
Qollar: Ketkart, 60 (0:1), Simon, 89-pen (1:1)








