7NEWS.az xəbər verir ki, İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ölkələrdən biri olan Türkiyə, elektrik, qida və təmiz su imkanlarını itirmiş günahsız vətəndaşlara yardımlarını artırmağa davam edir, digər tərəfdən beynəlxalq aləmdə humanitar diplomatiya fəaliyyəti həyata keçirir. Türkiyənin Türk Qızıl Aypara Cəmiyyəti və Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) ilə əməkdaşlıq çərçivəsində qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi humanitar yardım əməliyyatları sayəsində Qəzzaya təxminən 40 min ton humanitar yardım materialı çatdırılıb.
7NEWS.az








