Türkiyənin Kilis əyaləti yenidən Suriya ərazisindən raket atəşinə tutulub.
7news.Az APA-ya istinadən bildirir ki, üç mərmi Kilis şəhərinin mərkəzinə düşüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var, onların dəqiq sayı məlum deyil.
Xatırladaq ki, aprelin 18-də Kilis İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulmuşdu, 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.
7news.Az








