RU
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Gəncədə səfərdəsir
11:22
115

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Gəncədə səfərdəsir


Məlum olduğu kimi Azərbaycan Respublikasının Baş Prokuroru  Kamran Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin bu gün Gəncə şəhərinə səfər edib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata gprə, səfər çərçivəsində türkiyəli qonağı Baş prokuror Kamran Əliyev və digər şəxslər müşayət edir.Gəncə şəhərində qonaqları İcra Hakimiyyəti Aparatının rəhbəri Niyazi Bayramov, Türkiyənin Baş Gəncə şəhərindəki Baş  Konsulu Zeki Öztürkt və digər rəsmi şəxslər qarşılayıb. Gəncə şəhərinə səfər Nizami Gəncəvinin abidə kompleksinin ziyarəti ilə başlayıb.Qonaqlar səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən balistik raketlərlə hədəf alınan yaşayış massivlərinə baş çəkiblər.
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ