RU
Türkiyə-Rusiya barışığını alqışlayır
11:27
1016

Türkiyə-Rusiya barışığını alqışlayır

“Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

Öz növbəsində, S.Lavrov Azərbaycan-Rusiya münasibətlərinin hansısa xarici konyukturadan asılı olmadığını bəyan edib: “Regionda nə qədər az problem olarsa, Rusiya və Azərbaycan üçün bir o qədər yaxşı olar. Münasibətlərin normallaşması Rusiya və Türkiyənin müxtəlif yanaşmalarının olduğu Suriya məsələsində də anlaşılmazlığı azaltmağa kömək edəcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ