RU
Türkiyə Rusiyadan
18:20
686

Türkiyə Rusiyadan "S-500" raket kompleksini almaq istəyir

Türkiyə Rusiyadan "S-500" zenit-raket kompleksi ala bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib. Bəyanata əsasən Ərdoğan Rusiya hökuməti ilə yeni zenit kompleksinin alışını, Türkiyənin "S-400" istehsalı üçün texnologiyaların əldə edilməsini müzakirə edib.

Ərdoğanın bəyanatında deyilir: "Danışığın ilkin mərhələsində müştərək istehsaldan söhbət getmir. Amma düşünürük ki, ikinci mərhələdə bunu razılaşdıra bilərik. Biz Vladimir Putinlə "S-500" kompleksini müzakirə etdik".
Qeyd edək ki, "S-500" zenit raket kompleksi Rusiya ordusunun silah arsenalına hələ əlavə edilməyib. Onun texniki xarakteristikası sirrdir./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ