RU
Türkiyə Rusiyanı danışıqlara dəvət etdi
20:43
298

Türkiyə Rusiyanı danışıqlara dəvət etdi

Ankara Rusiya nümayəndələrini hava məkanında baş vermiş hadisələrlə bağlı hərbi mütəxəssislərlə danışıqlara dəvət edib.

BU barədə Türkiyə XİN-nin mətbuat katibi Tanj Bilgiçə istinadən xəbər verir.

“Biz Rusiyaya hərbi heyət üçün Ankaraya səfərə dəvət göndərmişik. Rusiya tərəfindən cavab hələ alınmayıb”, - Bilgiç bildirib.

Rusiyanın Türkiyədəki səfirinə avia-hadisələrin qarşısını almaq üçün Rusiya-Türkiyə danışıqları keçirmək təklifi göndərilib.

Daha öncə Türkiyə XİN Rusiya səfirini Rusiya hərbi aviasiyası tərəfindən Türkiyənin hava məkanının pozulmasına etirazını bildirmək üçün çağırmışdı./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ