Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna nümayəndəliyi rəsmi "Twitter” səhifəsində BMT Baş Assambleyasında Ukrayna üzrə qətnaməyə səs vermiş 70 ölkənin adını dərc edib.
7News.az xəbər verir ki, siyahıda Türkiyə də var.
Sözügedən qətnamədə Krımın ilhaqına görə Rusiya işğalçı ölkə adlandırılır. Baş Assambleyanın Üçüncü komitəsi ndə noyabrın 16-da Ukrayna üzrə sənədin layihəsi bəyənilib. Son səsvermə ötən həftənin bazar ertəsi olub.
26 ölkə qətnaməyə qarşı çıxıb, 77 ölkə isə bitərəf qalıb.
Qətnaməni, Türkiyədən başqa, ABŞ və Avropa İttıfaqının ölkələri dəstəkləyib.
7News.az








