RU
Türkiyə Rusiyaya qalib gəldi
23:20
546

Türkiyə Rusiyaya qalib gəldi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayıb.

Qitənin ikinci dərəcəli klub turnirində Türkiyə təmsilçisi “Fənərbaxça” Moskva “Lokomotiv”ini qəbul edir.

Qeyd edək ki, oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlikdi.

***

Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açır. Hesab 1:0 Türkiyə komandasının xeyrinədir.

***

Oyunda ilk hissə başa çatıb. “Fənərbaxça” fasiləyə 1:0 hesablı üstünlüklə gedib. 

***

Oyunun 72-ci dəqiqəsində Jozef Souza komandasının ikinci qolunu vurur. Beləliklə, hesab 2:0 “Fənərbaxça”nın xeyrinədir. 

***

Oyun 2:0 “Fənərbaxça”nın xeyrinə başa çatır./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ