RU
Türkiyə S-400-dən imtina etməyəcək
13:30
232

Türkiyə S-400-dən imtina etməyəcək

Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina etmək fikrində deyil.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir "İzvestiya"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə öz siyasətini təyin etmək iqtidarındadır.

"S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina da müzakirə olunmur", - Demir bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edir. Bu mövzu ABŞ dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində Ankaraya səfəri zamanı müzakirə olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ