Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyiti çıxarılıb.
Bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir./oxu
7news.az








