Türkiyənin Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə Cahit Bağcı özünün "Twitter” hesabında paylaşım edib.
"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm”.








