RU
Türkiyə səfiri Praqada azərbaycanlıların keçirdiyi aksiyaya qatıldı - Fotolar
23:21
885

Türkiyə səfiri Praqada azərbaycanlıların keçirdiyi aksiyaya qatıldı - Fotolar

Çexiyanın paytaxtı Praqada "Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlayıb.

 

7NEWS.Az xəbər verir ki, Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb.

Bağış həmvətənlərimizə dəstək olmaq üçün Praqada Azərbaycan səfirliyinin önünə gəlib, Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərib.

Modern.az yazır ki, Egemen Bağış Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla əl-ələ verərək türk və azərbaycanlı aksiyaçılara dəstək olublar. Həmyerlilərimiz "Bir millət iki dövlət”, "Türkiyə-Azərbaycan qardaşdır” şüarları səsləndiriblər.

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.

Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.

Türkiyə səfiri Praqada azərbaycanlıların keçirdiyi aksiyaya qatıldı - Fotolar
Türkiyə səfiri Praqada azərbaycanlıların keçirdiyi aksiyaya qatıldı - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ