Türkiyənin Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevi və Azərbaycan xalqını "Zəfər Günü" münasibətilə təbrik edib.
Səfirlik bu barədə məlumatı öz tviter hesabında paylaşıb.
"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr - Zəfər Günü münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan ordusunu və xalqını təbrik edir, bu qələbəni hər kəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik", - deyə məlumatda qeyd olunub.








