RU
Türkiyə şəhidlər verdi: PKK hücuma keçdi
22:35
1360

Türkiyə şəhidlər verdi: PKK hücuma keçdi

Türkiyənin Hakkari vilayətində terror aktı törədilib. 

7News.az bildirir ki, Şemdinlidə hərbi baza bölgəsinə PKK terrorçuları tərəfindən hücum təşkil edilib. Hərbçilər dərhal terrorçulara cavab atəşi açıblar. Atışma nəticəsində 2 əsgər şəhid olub, 6 əsgər yaralanıb.

Münaqişənin davam etdiyi bölgəyə əlavə polis qüvvələri cəlb edilib. Sərhəddə PKK-lı terrorçuların yerləşdiyi nöqtələr top atəşinə tutulub. Daha sonra döyüş təyyarələri terrorçulara bombalamağa başlayıb./aznews.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ