RU
Türkiyə sərhədində Naxçıvan pivəsi saxlanıldı
14:40
607

Türkiyə sərhədində Naxçıvan pivəsi saxlanıldı

Türkiyədə ölkəyə qanunsuz içki və siqaret keçirməyə çalışan azərbaycanlı saxlanılıb.

Tokat jandarmasının həyata keçirdiyi əməliyyat zamanı azərbaycanlı İ.M, iranlı Y.K və türk vətəndaşı C.T-nin çantalarına baxış keçirib. 

Onlardan 2 min 310 paket siqaret, 10 şüşə araq və 24 şüşə qaçaqmal olan Naxçıvan pivəsi götürülüb. 
Sadalananları ölkəyə qaçaq yolla gətirmək istəyən hər 3 şəxsə 32 min 340 lirə məbləğində cəza kəsilib./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ