RU
Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 18 silahlısını zərərsizləşdirib
22:45
324

Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 18 silahlısını zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyada "Fırat kalkanı” ("Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 18 silahlısını məhv edib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Xəbərdə bildirilib ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 182 istehkamı və sığınacaq yeri dağıdılıb.
Məlumata görə, əməliyyatın 149-cu günü Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir. 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb/report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ