Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyadakı missiyasının iki il uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib. Memorandumdakı "Türkiyədə xarici əsgərlər” ifadəsi müzakirələrə səbəb olub.
7NEWS.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraq və Suriyada vəzifə icazəsinin daha iki il müddətinə uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib. Səsvermədə 164 deputatın "yox” səsinə qarşı 357 səslə təklif qəbul edilib.
7NEWS.az








