Qırğızıstanda təyyarəsi qəzaya uğrayan Türkiyənin "ACT” Hava Yolları şirkəti hadisədən zərərçəkənlərin ailələrinə yardım edəcək.
Məlumatı hökumətin mətbuat xidməti yayıb.
Qırğızıstanın baş nazirinin müavini Muhammetkalı Abulqaziyev fevralın 1-də şirkətin nümayəndə heyətinin başçısı Celal Karabaşla görüşüb. Onlar qəza və ondan sonra yaranan vəziyyəti müzakirə ediblər.
Yanvarın 16-da Türkiyənin "ACT" Hava Yolları şirkətinə məxsus "Boeing747”nin Bişkek yaxınlığındakı Daça SU qəsəbəsində yaşayış binasının üstünə uçması nəticəsində 4 ekipaj üzvü, 35 sakin ölmüş, 16 nəfər isə xəsarət almışdı. /oxu.az
7news.Az








