Türkiyə 2003-2023-cü illər arasında 563 milyard dollar faiz ödəyib. Faiz ödənişi 2023-cü ildə 28,4 milyard dollara çatıb ki, bu da 2011-ci ildən bəri ən yüksək illik dəyərdir.
7NEWS.az xəbər verir ki, 2023-cü ildə hökumətin topladığı 100 lirə verginin 15 lirəsi faizə getdi. 2024-cü ildə toplanan vergilərin ən azı 17 lirəsi faizə gedəcək. Hədəflər keçərsə, bu nisbət daha da arta bilər. Türkiyə 2023-cü ildə 28,4 milyard dollar faiz ödəyib. Bu, 2011-ci ildən bəri dollar ifadəsində bir il ərzində faizə ödənilən ən yüksək məbləğ idi.
7NEWS.az








