RU
Türkiyə Superliqasının yayım hüququ fantastik qiymətə satıldı
17:17
594

Türkiyə Superliqasının yayım hüququ fantastik qiymətə satıldı

Türkiyə Super Liqasının yayım hüququnu əldə edən şirkətin adı bəlli olub.

7News.Az xəbər verir ki, qardaş ölkə çempionatını "Digitürk" şirkəti alıb.

Bu gün keçirilən tədbir cəmi 10 dəqiqə çəkib. Türkiyə Futbol Federasiyasını növbəti 5 mövsüm üçün təqdim etdiyi yayım hüququ fantastik qiymətə satılıb. Belə ki, "Digitürk" hər mövsüm üçün ƏDV daxil olmaqla federasiyaya 500 milyon dollar ödəyəcək. Bundan başqa şirkət PTT 1-ci Liqa matçlarını da yayımlayacaq.

Ümumilikdə isə şirkət 5 il üçün 2,5 milyard dollar xərcləyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ