ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında növbəti telefon danışığı olub.
Lavrovla Kerri Ukrayna krizisinin həlli ilə bağlı Minsk danışıqlarının şərtlərinə əməl olunub-olunmadığını, Türkiyə-Suriya sərhədinin bağlanmasının vacibliyini, həmçinin ikitərəfli aktual problemləri müzakirə ediblər.
Bu barədə Rusiya XİN-nin mətbuat xidmətindən bildirilib./qafqazinfo
7news.Az








