RU
Türkiyə Suriyada polis yetişdirir – VİDEO
09:30
354

Türkiyə Suriyada polis yetişdirir – VİDEO

Suriyanın Əzaz şəhərində türkiyəli mütəxəssislərin hazırladığı 200-ə yaxın suriyalı polisin buraxılış mərasimi keçirilib.

7news.Az  xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Əzaz şəhərinin baş polis idarəsinin rəisi Əhməd Zeydan gənc polislərin "əhalini qəddar Əsəd rejimi, İŞİD və PKK”dan qoruyacaqlarını bildirib.

Təntənəli mərasimdə məzunlar əllərində Suriya və Türkiyə bayraqlarını tutub.

Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatından sonra Türkiyəli mütəxəssislər Əzaz-Cərablus bölgəsində yerli polislərə təlim keçməyə başlayıb.

Məzun olan polislər Əl-Bab, Əzaz, Cərablus və Çobanbəy şəhərlərində asayışa nəzarət edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ