Türkiyə tarixində onlarla sui-qəsd halları qeydə alınıb. Maraqlıdır ki, bu hadisələrin əksəriyyəti yanvar ayında baş verir.
Türkiyə tarixinin ən səs-küylü sui-qəsd hadisələri bunlardır:
Bədrəddin Comərd - 11 iyul 1978
Türkiyənin məşhur yazarı Bədrəddin Comərd evinin qarşısında güllələndi. Həyat yoldaşının ağır yaralandığı cinayəti məşhur cinayətkar Abdullah Çatlının törətdiyi bildirilir.

Abdi İpəkçi - 1 fevral 1979
Milliyət qəzetinin yayın redaktoru Abdi İpəkçi Papa sui-qəsdindən tanınan Mehmet Əli Ağca tərəfindən iş yerinin qarşısında güllələnərək öldürülüb.

Gün Sazak - 27 may 1980
Milliyətçi Cəbhə hökumətinin Gömrük və Tütün naziri olan Gün Sazak "İnqilabçı Sol Hərakat" tərəfindən maşınında qətlə yetirilib.

Nihat Erim - 12 mart 1980
1971-1972-ci illərdə Türkiyənin Baş naziri olan Nihat Erim də "İnqilabçı Sol Hərakat" tərəfindən qətlə yetirilib.

Çetin Emeç - 7 mart 1990
Hürriyət qəzetinin Direktorlar şurasının üzvü və yazar Mətin Emeç naməlum şəxslər tərəfindən avtomobilinə əyləşərkən öldürülüb. Qatili İrfan Çağrıcı sonradan həbs olunub.

Musa Anter - 20 iyul 1992
Türkiyənin məşhur yazarı Musa Anter Diyarbəkirdə öldürülüb.

Kamal Kayacan - 29 iyul 1992
7-ci Dəniz Qoşunları komandanı Kamal Kayacan solçular tərəfindən qətlə yetirilib.

Uğur Mumcu - 24 yanvar 1993
Jurnalist Uğur Mumcu evinin qarşısında avtomobilinə qoyulmuş bombanın partladılması nəticəsində öldürülüb. Qətlə görə məsuliyyəti üzərinə İslamçı hərakat və Hizbullah terror təşkilatları götürüb.

Əhməd Cem Ərsevər - 4 noyabr 1993
Türkiyə Jandarma və Kəşfiyyat qurumunun adlı-sanlı nümayəndələrindən olan Əhməd Cem Ərsevər əlləri bağlanmış və başına açılan 2 güllə ilə qətlə yetirilib. Qatilin kimliyi hələ də bilinmir.

Özdəmir Sabancı - 9 yanvar 1996
İş adamı Özdəmir Sabancı ofisində qətlə yetirilib. Onun qətlinə görə məsuliyyəti kürd qruplaşmaları öz üzərinə götürüb.

Əli Qafar Okkan - 24 yanvar 2001
Diyarbəkir Polis İdarəsinin rəisi olan Əli Qafar Okkan naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Hrant Dink 19 yanvar 2007
Agos qəzetinin rəhbəri Hrant Dink ofisin qarşısında güllələnib.

Nəcib Hablemitoğlu 18 dekabr 2002
Yazar Nəcib Hablemitoğlu da evinin önündə silahlı basqın nəticəsində öldürülüb./enter.news









